AZ

Budanov Rusiyanın Sumi istiqamətində hücuma keçəcəyini proqnozlaşdırır - NYT

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov Rusiyanın Xarkov vilayətinə hücumlarının "daha üç-dörd gün” davam edəcəyini, bundan sonra Rusiya qoşunlarının Sumı istiqamətində həlledici hücuma keçəcəyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.

Əksər Ukrayna rəsmiləri və hərbi ekspertlər kimi Budanov da hesab edir ki, Rusiyanın şimal-şərqdəki hücumları onsuz da az olan Ukrayna qoşunlarını genişləndirmək və onları başqa yerdə döyüşməkdən yayındırmaq məqsədi daşıyır.

Budanovun sözlərinə görə, Ukrayna qoşunları yaxın bir neçə gün ərzində öz mövqelərini möhkəmləndirə və cəbhəni sabitləşdirə biləcəklər. Lakin o, Rusiyanın Sumi vilayətində yeni hücuma keçəcəyini gözləyir.

Sumı vilayətində Rusiya sərhədi yaxınlığında fəaliyyət göstərən ukraynalı zabit Pavel Veliçko bildirib ki, son vaxtlar Rusiyanın Sumı ərazisini atəşə tutması daha tez-tez baş verir.

"Bunun bir şey ifadə edib-etmədiyini bilmirəm, çünki bu yerlər artıq çox atəş altındadır", - ukraynalı zabit deyib. 

Onun sözlərinə görə, istənilən halda Ukrayna qoşunları tam döyüş hazırlığındadır.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
qaynarinfo.az

10Mənbələr