AZ

Kremldən Gürcüstandakı etirazlarla bağlı AÇIQLAMA

Gürcüstanda davam edən etirazlar ölkənin daxili işidir. 

"Unikal" xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov mayın 14-də keçirdiyi brifinqdə bildirib.

"Onlar artıq bir neçə dəfə deyiblər ki, bu, Gürcüstanın tamamilə daxili işidir, biz heç bir şəkildə ora qarışmaq istəmirik", - Peskov jurnalistlərə deyib. 

Onun sözlərinə görə, Moskva bir tərəfdən Gürcüstan rəhbərliyinin dünyanın əksər ölkələrində olduğu kimi öz ölkəsini də onun işlərinə müdaxilədən sığortalamaq istəyini qeyd edir. Digər tərəfdən, Rusiya Federasiyası Gürcüstanın işlərinə başqa dövlətlərin müdaxiləsini görür".

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
50
unikal.az

10Mənbələr