AZ

Əməkdaşlıq əlaqələrini uğurla davam etdiririk

Bu gün Azərbaycan həm region, həm də digər xarici dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinə malik bir dövlətdir. Həmçinin Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan armaqdadır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.

Qeyd etmək lazımdır ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdır. Həmçinin Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.
8 may 2024-cü il tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etmişdir. Mətbuata birgə bəyanatla çıxış zamanı Prezident İlham Əliyev bildirdi ki, “Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür. Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.
Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.”
Bu gün Beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Regionun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
sesqazeti.az

1Mənbələr