AZ

ATƏT-in fəaliyyətdə olan sədri: “Biz həm Azərbaycan, həm Ermənistana qulaq asırıq”

“Biz həm Azərbaycan, həm Ermənistana qulaq asırıq. Onların ümumi infrastruktur barədə düşüncələrini dinləyirik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bizim sədrliyimiz qarşıda duran illəri nəzərə alaraq qərar qəbul edəcək.

Nazir Ceyhun Bayramov əlavə edib ki, ATƏT-in fəaliyyətində olan problemlərin həlli ilə bağlı cavabı yalnız ATƏT-in hazırda fəaliyyətdə olan sədrindən gözləmək ədalətli olmaz:

“Təşkilat 57 ölkədən ibarətdir və qərarlar ümumi danışıqlar, razılıq, konsilium əsasında qəbul edilir. Sədr yeni prioritetlər müəyyənləşdirir. Düşünürəm ki, bu problemləri birbaşa ona ünvanlamaq ədalətli olmaz. ATƏT-in yaradılması zamanı təməl prinsiplər var və onlara riayət edilməsi önəmlidir. Təəssüflər olsun ki, 30 il ərzində biz bu problemə üzv dövlətlərin hər birinin eyni cür yanaşmasını müşahidə etmədik. 1990-cı illərin əvvəlində Azərbaycan Beynəlxalq hüququn tapdanılması zamanı müraciət edəndə BMT-nin təhlükəsizlik şurası ilə yanaşı ATƏT-də olub. Lakin bu kritik dönəmdə üzv dövlətlərin, beynəlxalq hüquqa uyğun formada vəziyyətin irəliləməsində məsuliyyət böyük dövlətlərin üzərinə düşürdü. Bilərəkdən və ya bilmədən bu məsələyə diqqət yetirməmələri, öz maraqlarına görə ikili standartlara əl atmaları, təəssüf ki, beynəlxalq hüquqa inamın azalmasına gətirib çıxarır. Dünya üzərində qeyri-müəyyənliyin artmasının şahidi oluruq. Burada məsələ bütün dövlətlərin kollektiv yanaşmalarında ciddi dəyişiklik etmələri, beynəlxalq hüquqa hörmətdən irəli gələrək davranmalarının vacibliyini diqqətə çatdırır. ATƏT-in isə fəaliyyətdə olan sədrliyinin funksiyası bu prosesi təşkil etmək və düzgün istiqamətə yönəltməkdir. Malta Respublikasına bu istiqamətdə görəcəkləri işdə uğurlar arzu edirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
oxu.az

2Mənbələr