AZ

Tanınmış rejissor İrandan qaçdı

8 il müddətinə azadlıqdan məhrum edilən məşhur iranlı kinorejissor Məhəmməd Rəsulof gizli şəkildə İranı tərk edərək Avropaya gedib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Radio Zamaneh” saytı yazıb.

Kinorejissor özünün “İnstagram” hesabında paylaşım edərək, ölkədən çıxmasına kömək edənlərə təşəkkür edib. 

Məlumata görə, hazırda Avropada harada olduğunu açıqlamayan rejissor bildirib ki, bundan sonra İranın coğrafi sərhədlərində olmasa da, İranın mədəni sakinidir.
Xatırladaq ki, mayın 8-də Tehranın İnqilab Məhkəməsi kinorejissoru tənqidi film çəkdiyi üçün həbs cəzasına məhkum edib və həmin filmin ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə hazırlandığını iddia edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
bizim.media

4Mənbələr