AZ

“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video

“Almaniya nüvə enerjisi ilə fəaliyyət aparan bütün enerji müəssisələrini aradan qaldırır. Beləliklə, qaz idxalı get-gedə azalır. Bunun təbii ki, təkcə Azərbaycan deyil, həm də bütün neft ölkələri üzərində mənfi təsiri olacaq”. 

Bu sözləri Ednews TV-ə müsahibəsi zamanı macarıstanlı professor Lazlo Vaşa bildirib. O, Azərbaycanın alternativ enerji ixracı potensialından danışıb:

“Buna baxmayaraq, nəzərə alın ki, bu sadəcə Avropadır. Şərqi Asiya dövlətləri ənənəvi sənayeləşməni daha da sürətləndirir. 
Məhz buna görə də Azərbaycan yeni bazarlar kəşf etməlidir. Bu da məlumdur ki, Azərbaycan Yaşıl Enerji kimi bir alternativ vasitə tapıb. Bu variantda neft və təbii qaz ehtiyatlarını ixrac etmək lazım gəlmir. Avropaya Yaşıl Enerji ixrac etmək hazırda Azərbaycanın ən yaxşı şansı hesab olunur”.

Fərid

Dahat ətraflı videoda:


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
ednews.net

1Mənbələr