AZ

Bakıda söküntü gedir, rəsmi qurumların xəbəri yox - Foto

Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli 324-340 ünvanında söküntüyə hazırlıq işləri başlayıb.

Axar.az xəbər verir ki, artıq daş hasarın üzərinə dəmir dirəklər qaynaqlanıb və kardon lövhələrlə çəpərlənəcəyi gözlənilir.

Hazırlığın məqsədi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komissiyasının mətbuat ximətindən redaksiyamıza bildirildi ki, sözügedən ünvanda yeni tikinti barədə Komitəyə heç bir məlumat daxil olmayıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən verilən açıqlamada da qeyd edilir ki, orada hansı işlərin görüldüyündən xəbərsizdirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
axar.az

2Mənbələr