AZ

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

2024-cü ilin yanvar-aprel aylarına aid olan məlumata əsasən, Azərbaycanda dövlət sektorunda maaşla çalışan işçilərin sayı bir il əvvəlki dövrlə müqayisədə azalıb. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bir il əvvəl dövlət sektorunda 904,1 min muzdlu işçi çalışırdı. Bu il dövlət sektorunda çalışanların sayı 899,8 min olub ki, bu da 4,3 min nəfər azalma deməkdir. 


Dövlət sektorunda işçi sayı azalsa da, qeyri-dövlət sektorunda işçi sayı artıb. Müqayisə edilən dövrdə işçi sayı 832,3 min nəfərdən 849,1 min nəfərə yüksəlib. Bir ildə qeyri-dövlət sektorunda maaşla çalışanların sayı 16,8 min nəfər artıb. 


Ümumilikdə, bu il əvvəlki illə müqayisədə muzdlu işçi sayı daha çoxdur. Son bir ildə maaşla çalışan işçi sayı 12,6 min nəfər artaraq 1 milyon 748 min 900 nəfərə çatıb. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
sfera.az

3Mənbələr