AZ

Azərbaycan və İtaliya arasında böyük əməkdaşlıq imkanları mövcuddur - Andrea Makkaniko

Bakı. Trend:

Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün böyük imkanlarmövcuddur.

Trend xəbərverir ki, bu barədə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakıdirektoru Andrea Makkaniko Azərbaycan-İtaliya biznes forumundadeyib.

"Biz təcrübə mübadiləsi aparmaq və daha çox tərəfdaş tapmaqistəyirik. Missiyanın mahiyyəti də bundan ibarətdir", - deyə obildirib.

Makkaniko qeyd edib ki, İTA-nın prioriteti təkcə maşınqayırmadeyil, həm də məhsul emalı sahəsində daha məhsuldar sənayeninyaradılmasından ibarətdir.

"Biz əlaqələr qurmağa, qoyulan hədəflərə çatmağa və digərsahələrdə əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq", - deyəMakkaniko əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların TəşviqiAgentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgətəşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlbedilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyətgöstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,eləcə də, müvafiq dövlət qurumlarının, yerli hakimiyyətorqanlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələriiştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
az.trend.az

2Mənbələr