AZ

Alim məşhur portretlə bağlı sirri açıb - Foto

Alim

İtalyan rəssamı Leonardo da Vinçinin məhşur əsəri olan "Mona Liza" portretini harada yaratdığı bəlli olub.

Reyting.az
-ın məlumatına görə, "The Guardian" nəşri yazır ki, tədqiqatçılar şəkildəki fonu araşdıraraq təsvir olunan yerləri Moni Liqasındakı körpü və dağ silsiləsi, eləcə də həmin ərazidəki göl ilə müqayisə ediblər.

Tədqiqatçı alim Enn Pizzorussonun apardığı təhlil nəticəsində məlum olub ki, Leonardo da Vinçi məhz İtaliyanın şimalında, Lombardiya bölgəsindəki Komo gölünün sahilində ən məhşur rəsmlərdən birini - "Mona Liza"-ı çəkib.

Alim şəkildəki fonu Moni Liqasında yerləşən körpünü, dağ silsiləsini və gölü XIV əsrdə Lekkonun cənub-qərb bölgəsindəki Alp dağlarının mənzərələri ilə müqayisə edib. Onun sözlərinə görə, rəssam Leonardo da Vinçi məhz 500 il əvvəl İtaliyanın şimalında yerləşən həmin bu əraziyə gəlib.

E. Pizzorusson əlavə edib ki, Lekkodakı əhəng daşı qayalarıdır, yəni Leonardo da Vinçinin rəsmdə boz çalarlı və ağ rəngdə təsvir etdiyi bu qayalardır.



Tədqiqatçı deyib ki, nə Bobbio ətrafında, nə də Arrezzo ərazisində portretdə təsvir edilən qadının arxasında görünən elə bir göl yoxdur.

"İncəsənət tarixçiləri, tədqiqatçılar Mona Lizanın harada dayandığı və bu portretin harada çəkildiyi ilə bağlı uzun müddətdir ki, öz fərziyyələrini irəli sürürlər. Körpüyə tamaşa edən hər kəs məhz qadının orada olduğunu düşünürdü", - söyləyən Pizzorusso isə yüksək səviyyədə peşəkarlıq göstərməklə inandırıcı şəkildə həmin yeri müəyyənləşdirə bilib.

O, eləcə də Leonardonun ərazidə olduğu yerin geologiyasını və şəhərləri, üstəlik, həmin şəhərlərlə bağlı təkzibedilməz dəlillərini də tədqiqatına əlavə edib.

Xatırladaq ki, tədqiqatçılar bu yaxınlarda Leonardo da Vinçinin 16-cı əsrdə “Mona Liza”-nın portretini çəkmək üçün istifadə etdiyi boyanın qarışığında nadir tərkibli maddə hissəsi də aşkar ediblər.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
reyting.az

1Mənbələr