AZ

"Qarabağ" və "Kəpəz"lə görüşləri maksimum nəticə ilə başa vurmaq istəyərdik"

"Turan Tovuz"un legioneri Otto Con Sportal.az saytına açıqlama verib.

O, komandasının Premyer Liqanın 34-cü turda "Araz-Naxçıvan"a qalib gəlməsini şərh edib:

"Araz-Naxçıvan"la matçda qələbə qazandığımız üçün şadıq. Əslində, çox çətin oyun alındı. Biz xarakter göstərdik və buna görə də şadam. Çünki son üç oyunda uduzmuşduq. Bu da bizim üçün heç də yaxşı deyildi. Xarakter göstərdik və qələbə qazanmağımıza görə şadam. Qarşıda bizi “Qarabağ” və “Kəpəz”ə qarşı oyunlar gözləyir. Mövsümün sonunu yaxşı nəticələrlə başa vurmaq istəyirik. Təbii ki, hər iki görüşdə maksimum nəticə qazanmaq istəyərdik. Necə alınacağını görəcəyik. Hazırlaşacağıq".
 
Con yeni mövsümə hansı komandada başlayacağı ilə bağlı isə bunları deyib: "Bu haqda heç nə bilmirəm. Amma mənim bu komanda ilə müqaviləm var. Mövsümün sonunda klubla danışacağıq və qərar veriləcək. Yeni mövsüm "Turan Tovuz"un potensialı? Bilirsiz, indi bilmirəm. Hazırda qarşıdakı iki oyunu yaxşı şəkildə bitirməyi fokuslanmışam. Necə olacağını mövsüm bitdikdən sonra görəcəyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sportal.az

1Mənbələr