AZ

Avtomobili yay mövsümünə necə hazırlamaq lazımdır?VİDEO

Yüksək temperatur səbəbindən sıradan çıxaraq tıxac yaradan avtomobillər, huşunu itirərək idarəetməni itirən sürücülər... Bir sözlə isti hava axınına qarışaraq gələn problemlər...

Söhbət yay aylarında nəqliyyat vasitələrinin yaratdığı çətinliklərdən gedir.

Xezerxeber.az-ın xəbərinə görə, ustalar deyir ki, bu cür problemlər adətən avtomobillər yay mövsümünə düzgün hazırlanmadığı üçün yaranır.

“Bəs nəqliyyat vasitəsinin yay fəslinə keçidi deyiləndə nə nəzərdə tutulur?”

Usta Tural Rəhmanlının sözlərinə görə, avtomobilin şinləri fəsilə uyğun olaraq yenilənməlidir. Həmçinin salon soyutma sistemi də yay mövsümünə uyğunlaşdırılmalıdır. Çünki, xüsusən tıxaclarda və  uzunmüddətli səfər zamanı isti hava axını sürücülərin səhhətinə mənfi təsir edə bilər.

Paytaxtdan fərqli olaraq bölgələrdə nəqliyyat vasitələrinin yay mövsümünə hazırlanması bir o qədər də rast gəlinən deyil.

Göyçaylı avtomobil ustası Kamran Miriyev bunun bir sıra səbəblərinin olduğunu deyir.

Ustalar həmçinin, yay mövsümünə keçid ərəfəsində mühərrikin iç və çöl kəmərlərinin və müxtəlif tipli boruların baxışdan keçirilməsini vacib hesab edirlər. Elektrik naqilləri də isti havaya davam gətirə bilmək üçün saz vəziyyətdə olmalıdır

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
xezerxeber.az

1Mənbələr