AZ

Ədalət Verdiyev: "Azərbaycan və Ermənistan arasında Kalininqrad variantının gerçəkləşməsi ..."

Paşinyana yaxın mövqe sərgiləyən, Qarabağdakı keçmiş separatçıların qondarma “müdafiə naziri” olmuş Samvel Babayan çıxışı zamanı hazırda əsas problemin demarkasiya yox, yol məsələsi olduğunu bildirib. Həmçinin Samvel Babayan Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməsi üçün Kalininqrad variantının mümkünklüyünü bildirib. Bu variantın gerçəkləməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı sualımızı cavablayan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Samvel Babayan əsasən tez-tez ziddiyyətli fikirlər səsləndirən və Qarabağı tərk edən fərari generallardan biridir.

“Azərbaycan tərəfi Ermənistana Kalininqrad variantının mükünlüyünü təklif etmişdi. Bu Naxçıvanla-Azərbaycan arasında maneəsiz əlaqənin qurulması üçün məqbul variantlardan biridir. Azərbaycanın səsləndirdiyi bu təklifə Paşinyana yaxın mövqedə olan Samvel Babayan  münasibət bildirirsə, deməli, artıq Ermənistan ictimaiyyətində Azərbaycan tərəfinin təklifinə daha diqqətlə yanaşılır”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında Kalininqrad variantının gerçəkləşməsi tamamilə mümkündür.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
herbiand.az

1Mənbələr