AZ

Bu ölkədə bütün dövlət müəssisələri özəlləşdiriləcək

Pakistanın Baş naziri Şahbaz Şərif ölkədə strateji əhəmiyyət kəsb edənlər istisna olmaqla, bütün dövlət müəssisələrinin özəlləşdiriləcəyini açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, özəlləşdirmə 2024-2029-cu illər üçün nəzərdə tutulmuş hökumət proqramına uyğun olaraq sürətləndirilmiş şəkildə aparılacaq.

"Pakistanda strateji müəssisələr istisna olmaqla, bütün dövlət müəssisələri özəlləşdirmə prosesinə məruz qalacaq. Dövlət müəssisələri gəlirli və ya zərərli olmasından asılı olmayaraq özəlləşdiriləcək. Hökumətin vəzifəsi bizneslə məşğul olmaq deyil, biznes və investisiya üçün əlverişli mühit təmin etməkdir", - deyə Şərif bildirib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
iqtisadiyyat.az

1Mənbələr