AZ

"Nüvə müharibəsinə aparan yoldan əl çəkin"

Qərb liderləri Rusiyaya düşmən kimi baxmaqdan əl çəkməlidirlər.

Publika.az xəbər verir ki, bunu britaniyalı siyasətçi və İrs Partiyasının lideri Devid Kurten "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Rusiya bizim düşmənimiz deyil. Kollektiv Qərb liderləri Ukraynadakı münaqişənin ağılsızcasına nüvə eskalasiyasından və Üçüncü Dünya müharibəsinə aparan yoldan əl çəkməlidirlər”, - deyə o, qeyd edib.

Bir qədər əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, dünya son 60 ildə heç vaxt olmadığı qədər nüvə eskalasiyasına yaxınlaşıb. O, Britaniyanın özünün üzləşdiyi təhlükələrin sayının artdığını qeyd edərək, “avtoritar dövlətlər oxu”nun fəaliyyətinə işarə edib.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
publika.az

1Mənbələr