AZ

Aytən Əliyevanın kök-hüceyrə müalicəsindən sonra ayaqlarım qurumağa başlayıb - ŞİKAYƏT

Aytən Əliyevanın kök-hüceyrə müalicəsindən sonra ayaqlarım qurumağa başlayıb - ŞİKAYƏT

Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi ev 778 mənzil 31-də yaşayan Səmədova Zeynəb Sadiq qızı kök-hüceyrə müalicəsi aldığını, lakin bunun heç bir nəticə vermədiyini deyir.


AFN.az-ın redaksiyasına bununla bağlı şikayət ünvanlayan Z.Səmədova bildirir ki, bu müalicəni "İnternational Medical Center" klinikasında həkim Aytən Əliyeva aparıb: "Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı tamam itirmişəm. Ayaqlarımda şiddətli ağrılar olduğu üçün Aytən Əliyevaya müraciət etdim. Aytən həkim isə mənə ayaqlarımda kök hüceyrə müalicəsinə ehtiyac olduğunu bildirdi və məni əmin etdi ki, bu müalicəni keçsəm, tam sağalacam. O, bunun üçün məndən 3500 manat aldı. Lakin bu günə qədər heç bir müsbət nəticə olmayıb. Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb. Aytən Əliyeva öz səriştəsiz əməlinin üstünü ört basdır etmək üçün bunun adi hal olduğunu bildirir və ağrıkəsici dərmanlar yazaraq məni aldatmağa çalışır. Mən Aytən Əliyevadan verdiyim pulu tələb edirəm, o isə deyir ki, vermirəm, get hara istəyirsən şikayət elə. Ayaqlarımda quruma gedir, əmək fəaliyyətim də bərpa olunmayıb ki, işləyəm həm özümü dolandıram, həm əməliyyat üçün etdiyim borcları verəm. Həkim mənim üzümə dayanır ki, səndə heç nə yoxdur, sağalmısan. Əməliyyatdan sonra bir də MRT olundum, dedilər ki, problem yerindədir".
Şikayətçi A.Əliyevanın televiziyalarda insanları aldatdığını bildirir: "Onun bu formada fəaliyyətinin davam etməsi yolverilməzdir. Əgər buna göz yumulsa, məndən başqa hələ çoxlu sayda xəstə onun səhlənkarlığının qurbanı olacaq. Mən ölkə rəhbərliyindən, səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən xahiş edirəm, nəticəsiz əməliyyat üçün məndən alınan 3500 manatın geri qaytarılmasına və məni səhv müalicə edən həkim Aytən Əliyevanın barəsində ciddi tədbirlər görülməsinə sərəncam versinlər".

Məsələ ilə bağlı A.Əliyevanın mövqeyini öyrənmək üçün onun telefon nömrələrinə etdiyimiz zənglər, yazdığımız mesajlar cavabsız qaldı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

P.S. Z.Səmədova bizimlə söhbətində qeyd etdi ki, digər saytlarda məsələ ilə bağlı yazı dərc edilərkən, səhvən A.Əliyevnın Respublika Neyrocərrahiyə Xəstəxanasının həkimi olduğu qeyd edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
7
afn.az

8Mənbələr