AZ

Lüks geyim sektoru dəyərdən düşür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Lüks geyim markaları uzun müddətdir ki, tənəzzüldədir. Dəbdəbəli geyimlərin ömrü qısalırmı?

Banco.az xəbər verir ki, “Gucci”, “Yves Saint Laurent”, “Bottega Veneta”, “Balenciaga” və “Alexander McQueen” kimi markalar 2023-cü ilin üçüncü rübü üzrə çox acınacaqlı nəticələrlə üzləşiblər.

Belə ki, ümumilikdə 13 faizlik azalma və 9 faizlik oxşar kəsirlə qrupun gəlirləri ötən ilki 5,4 milyard dollardan bu il 4,7 milyard dollara düşüb.

Odur ki, bu vəziyyət nəticəsində belə bir sual yaranır: Lüks geyimlər populyarlığı ilə vidalaşırmı?

Qeyd etmək olar ki, Z nəslinin dəyişikliklərindən biri də dəb sənayesindəki bəzi köklü markalar idi. Z nəsli populyarlığı müəyyən edən nəslə çevrildiyindən modada davamlılığa və təmiz məzmuna maraq artıb. Bu səbəbdən “cruelty free” (heyvanlar üzərində test edilməyən) olmayan, məhsullarında dəri və xəz olan və ya sürətli dəbə xitab edən markalar yavaş-yavaş azalmağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
banco.az

1Mənbələr