AZ

İfrat sağçılarla bağlı sensasion qərar: İzlənəcəklər

Almaniyada məhkəmə demokratiyaya təhlükə olaraq görülən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına zərbə vuran qərar verib.

Publika.az xəbər verir ki, Münster Ali İnzibati Məhkəməsi AfD-nin fəaliyyətinin ölkənin kəşfiyyat orqanları tərəfindən "cinayət təşkilatı kimi" monitorinq edilməsini təsdiqləyib.

2022-ci ildə Köln İnzibati Məhkəməsi Almaniya kəşfiyyatının tələbi ilə AfD və partiyanın gənclər təşkilatı “Gənc Alternativlər”i şübhəli ifrat sağçı qruplar kimi dəyərləndirib.

AfD-nin etirazı ilə işə yenidən baxan Münster məhkəməsi qərarı təsdiqləyib. Beləliklə, alman kəşfiyyatının AfD üzvlərini araşdırması, telefonlarını dinləməsi mümkün olacaq. Digər tərəfdən 30 şirkət Almaniya Həmkarlar İttifaqı (DGB) və Alman Sənaye Federal Birliyinin liderliyi ilə bir araya gələrək ifrat sağçılara qarşı yeni bir kampaniya başladıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
publika.az

1Mənbələr