AZ

İndoneziyada vulkan ciddi fəsadlar törədib: 41 nəfər ölüb

İndoneziyanın Sumatra adasındakı Marapi vulkanına yaxın kəndlərdə 'soyuq lava' axını və daşqınlar baş verib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 41 nəfər ölüb.

Şənbə günü yağan güclü yağış Sumatranın ən aktiv vulkanı olan Marapi dağından kül və qayaların sürüşməsinə səbəb olub.

Bölgədə 100-dən çox ev, məscid və ictimai binalara ziyan dəyib. 17 nəfər itkin düşüb.

Qeyd edək ki, 2023-cü ildə Marapi vulkanının püskürməsi nəticəsində 23 alpinist həyatını itirib.

Ötən ay vulkanın günlərlə püskürmələri zamanı 11 mindən çox insan təxliyə edilməli olub.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
e-huquq.az

1Mənbələr