AZ

Ukraynanın hansı əraziləri işğal olunub? - Son xəritə

Mayın 10-dan etibarən Rusiya ordusu Xarkov vilayətinin şimalından iki istiqamətdə aktiv hücum əməliyyatlarına başlayıb.
BUTA.TV xəbər verir ki, hücum nəticəsində ruslar vilayətin 9 kəndini ələ keçirə biliblər. Hazırda ən aktiv döyüş əməliyyatları Xarkovun Volçansk şəhəri uğrunda gedir. Bu gün isə rus qoşunları Volçansk ətrafında və Qlubokoe kəndi istiqamətində irəliləyərək, Lukyantsı kəndini ələ keçirib. Hətta Volçanskın şimal hissəsinin boz zonaya çevrildiyi barədə də məlumatlar yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, Xarkovla yanaşı, rusların ən böyük hücumu Kupyansk, Seversk və Çasov Yar istiqamətində aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
buta.tv

2Mənbələr