AZ

İsrail Fələstinə göndərilən yardım paketlərini məhv ediblər

İsraildəki ifrat sağçı qrupların Qəzzaya gedən ərzaq yardımlarını məhv etmələrinin görüntüləri böyük reaksiyaya səbəb olub.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin ifrat sağçı ekstremistləri dünən işğal altındakı İordan çayının qərb sahilində Qəzzaya gedən yardım karvanını dayandırıb, ərzaq və dərman qutularını sındırıblar.

İsrailli qruplar Qəzzada girov saxlanılan israillilər azad olunmayana qədər fələstinlilərə yardıma icazə verilməməsi lazım olduğunu müdafiə edib.
 
Sosial şəbəkələrdə yayılan görüntülərdə izdihamın yük maşınından yardım qutularını ataraq onları ayaq altına atdığı görünür.

İsrailin Hebrondakı keçid məntəqəsində çəkilən görüntülər ABŞ-ın da reaksiyasına səbəb olub.
 
Ağ Ev bildirib ki, talan görüntüləri çox dəhşətlidir.

Qəzzada ölənlərin sayı 35 mini keçərkən, BMT qorxunc aclıq fəlakətinin qapıda olduğu barədə xəbərdarlıq edib.

ABŞ-də yerləşən qeyri-hökumət təşkilatı Human Rights Watch (HRW) tərəfindən dərc edilən hesabatda İsrailin 7 oktyabr 2023-cü ildən bəri humanitar yardım işçilərinə qarşı 8 ayrı hücum təşkil etdiyi bildirilib.

BMT Qəzzada 250-dən çox yardım işçisinin öldüyünü açıqlayıb.

İsrailin aprelin 1-də həyata keçirdiyi hücumda yardım təşkilatı World Central Kitchen (WCK) avtomobilləri hədəfə alınıb. Qəzzalılara yardım gözləyənlərə yemək paylayan 7 yardım işçisi hücumda həyatını itirib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
azxeber.com

2Mənbələr