AZ

Serxio Ramos karyerasını ABŞ-də davam etdirə bilər

İspaniyanın "Sevilya" klubunun futbolçusu Serxio Ramos karyerasını ABŞ-də davam etdirə bilər.

Bakıvaxtı.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 2025-ci ildə MLS-də debüt edəcək "San Dieqo" 38 yaşlı müdafiəçi ilə maraqlanır.

Təcrübəli oyunçu "Sevilya" ilə müqaviləni yeniləmək istəmir. Onun başqa təklifləri də var, lakin ABŞ təmsilçisi ilə danışıqlar inkişaf mərhələsindədir.

Qeyd edək ki, Ramos cari mövsüm La Liqada 25 oyuna çıxıb və 3 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
2
bakivaxti.az

10Mənbələr