AZ

Cənubi Afrikada bina uçub: 32 nəfər ölüb

Cənubi Afrika Rspublikasında tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində həyatını itirənlərin sayının 32-yə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə George Şəhər Bələdiyyəsi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 81 fəhlə dağıntılar altında qalıb.

Dağıntılar altından indiyədək 61 nəfər xilas edilib.

20 fəhlənin axtarış-xilasetmə işləri davam edir.

İctimai İşlər Naziri Sihle Zikalala hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparıldığını söyləyib.

O, gələcəkdə oxşar fəlakətlərin baş verməməsi üçün lazımi tədbirləri görəcəklərini bildirib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
e-huquq.az

1Mənbələr