AZ

ABŞ-dan İsrailə xəbərdarlıq: HƏMAS-ı məğlub etmək mümkün deyil

Ağ Ev Fələstinin HƏMAS radikal hərəkatı üzərində İsrailin “tam qələbəsi” ehtimalına inanmır.

Ulusal.az xəbər verir ki, bu açıqlama ilə dövlət katibinin birinci müavini Kurt Kempbell çıxış edib.

“Bəzən biz İsrail liderlərini diqqətlə dinləyəndə onlar əsasən döyüş meydanında hansısa qəti qələbə, tam qələbə ideyasından danışırlar. Biz bunun mümkün olduğuna inanmırıq”.

ABŞ dövlət katibinin birinci müavini bu fikirləri Mayamidə NATO Gənclər Sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir çox ölkələr “fələstinlilərin hüquqlarına hörmət edilən siyasi həll” görmək istəyir, lakin indi bu, “həmişəkindən daha çətindir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
moderator.az

2Mənbələr