AZ

"Paşinyanın devriləcəyi inandırıcı deyil" - KXCP sədri

“Ermənistanda baş verənlərin arxasında Rusiya, Fransa və digər bilmədiyimiz dövlətlərin siyasəti dayanır. Amma etiraz aksiyalarının Paşinyanın devrilməsi ilə başa çatacağı inandırıcı deyil. İndi görünən budur”.

Bunu Bakupost.az -a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

O, bu aksiyaların əslində Ermənistandan daha çox Azərbaycanın əleyhinə olduğunu bildirib:
“Bu, mənim subyektiv fikrimdir. Təhlillər də bunu göstərir. Həmin aksiyalarda Qarabağ klanının müstəsna xidməti var. Onların arxasında kimlərin durduğu da bəllidir. Bu aksiyalar Ermənistandan daha çox Azərbaycan əleyhinədir. Azərbaycanda bəzi adamlar sevinir ki, Paşinyanı devirəcəklər. Ancaq indiki Ermənistan hakimiyyəti və onun siyasəti Azərbaycanın istəklərinə uyğundur”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
bakupost.az

1Mənbələr