Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) əmək bazarı ilə bağlı birinci rüb məlumatlarını açıqlayıb.

Index.az xəbər verir ki, ölkədə işsizlik illik və rüblük bazda gözləntilərə uyğun artaraq yanvar-mart dövründə yüzdə 4,3, məşğulluq isə yüzdə 74,5-ə çatıb. Ölkədə işsizlik 2023-cü ilin may-iyul aylarından bəri ən yüksək həddə çatıb.

Böyük Britaniyada işçilərin bonuslar nəzərə alınmadan müntəzəm maaşlarının illik artımı bu dövrdə 6%, mükafatlar daxil olmaqla maaşlarda isə 5,7% olaraq hesablanıb.