AZ

Keniyada daşqınlar zamanı 277 nəfər həyatını itirib

Keniyada daşqınlar nəticəsində həyatını itirənlərin sayının 277-yə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura məlumat verib.

Mwaura əlverişsiz hava şəraitindən təxminən 411 min insanın əziyyət çəkdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Mwaura epidemik xəstəliklərin yayılmağa başladığını söyləyib.

Belə ki, 53 nəfərdə vəba aşkarlanıb.

Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.

Qeyd edək ki, Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışları ciddi fəsadlara səbəb olur.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
e-huquq.az

1Mənbələr