AZ

Belçikadan Azərbaycan açıqlaması: “Sərhədin bu əsasla çəkilməsi...”

Belçika Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Baryamovla Ararat Mirzoyan arasında mayın 10-11-də Almatıda danışıqların yeni raundunun keçirilməsini alqışlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Belçika 1991-ci ildə imzalanmış Almatı bəyanaməsinin sərhədlərin delimitasiyası üçün əsas kimi götürülməsi, həmçinin sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi səylərini alqışlayır”, - XİN bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
teleqraf.com

1Mənbələr