AZ

Kürdəmirdə döngəyə sürətlə girən sürücü ağır qəza törətdi- VİDEO

Kürdəmir-İmişli yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 13-də saat 08:26 radələrində Sor Sor kəndi ərazisində baş verib. Hərəkətdə olan 33-BX-056 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil ağır qəzaya uğrayıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Belə ki, döngəyə yüksək sürətlə girən sürücü sükanı buraxıb. Nəticədə avtomobil fırlanaraq bir neçə dəfə aşıb. Qəza zamanı  nəqliyyat vasitəsi tamamilə sıradan çıxıb, sürücü yüngül xəsarətlər alıb. 
Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
avtosfer.az

1Mənbələr