AZ

Azərbaycan ATƏT Minsk qrupunu ləğv etməyi təklif edib

Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlıq potensialı böyükdür. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib. 

"Malta 2024-cü il yanvarın 1-dən ATƏT -sədrlik edir. Bu sədrlik ATƏT məkanında mürəkkəb bir vəziyyətin olduğu zamana təsadüf edir. Azərbaycan ATƏT təməl prinsiplərinə hörmət edilməsini önəmli hesab edir”,- Bayramov bildirib. 

Onun sözlərinə görə, təşkilat bir dialoq platforması kimi böyük imkanlara malikdir. 

O həmçinin, azərbaycanca Ermənistan arasında münasibətlər barədə də danışdıqlarını söyləyib. 

"Ən son hadisə apreldə delimitasiya prosesinə start verilməsi, dörd kəndin sülh yolu ilə  geri verilməsi müsbət hadisədir. Eyni zamanda ATƏT daxilində yaradılmış Minsk qrupunun nümayəndəsi mandata malik olsa da sülh prosesinə 30 il töhfə verməyib. Mandat öz qüvvəsini itirib, ATƏT-i məhdud büdcəsi daxilində bu instititun saxlanmasına ehtiyac yoxdur”, - nazir bildirib.


O həmçinin bildirib ki, Azərbaycan ATƏT əməkdaşlıq proqramı çərçivəsində Azərbaycana torpaqların minadan təmizlənməsi, əhalinin qaytarılması, ərazilərdə ekoloji layihələrin  həyata keçirilməsinə kömək edə bilər. 


N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
anews.az

1Mənbələr