AZ

Ülviyyə Fətəliyeva: “Dərin dənizlər hər zaman xoşdur”

“Şahmatı həm incəsənət, həm də idman növünə xarakterizə etməyin əsas səbəbi fiziki və idmanın tələbatlarında olan xüsusiyyətləridir. İncəsənətdə olduğu kimi biz də burda yarada bilirik”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva deyib.

Avropa çempionu olmaq ölkə idmanında yeni tarix yazan milli üzvü bildirib ki, şahmatda həddindən artıq böyük macəralar var: “Dərin dənizlər var, hansı ki, kəşf edilməyib. O dənizlərdə boğulmaqdan qorxmuruq. Bu günə qədər “boğulub” yenidən çıxdığımız çox yarışlar, çox dövrlər olub. Sonda yenidən o düşüncəyə gəlirsən ki, nə qədər boğulsam da, nə qədər çətinliklər çəksəm də, istəklərim, xəyallarım, məqsədlərim var. Ona görə də bu dərin dənizlər hər zaman bizə xoşdur. Hər zaman kəşf etməyə hazırıq. Dediklərimə görə şahmata daha çox bağlanırıq. Şahmatı oynamağa başladınsa, əl çəkə bilmirsən. Çox sevərək, aşiqanə olduğunuz halda bağlanırsız. Arzu edirəm ki, hər kəs şahmat oynasın. Nəinki bağlanmaq, o həm intizam, həm də insani keyfiyyətlərdə kömək edir”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu tituluna Yunanıstan Rodos şəhərində layiq görülüb.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
idman.biz

1Mənbələr