“Hadisə dünən axşam saat 20 radələrində baş verib və qəfil gələn sel suları avtomobil yolunun tikinti aparılan hissəsinə dolub”.

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, qısa zaman ərzində sel sularının istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb:

“Suyun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəqliyyatın hərəkətində yaranmış problem aradan qaldırılıb”.

10:16

Sel suları İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.

Bu barədə hakimiyyet.az-a sözügedən yoldan istifadə edən sürücülər tərəfindən məlumat verilib. 

Sel sularının yola gətirdiyi daş, çınqıl, qırılmış ağac budaqları avtomobillərin hərəkətini çətinləşdirib.

Qeyd edək ki, sözügedən yol bir müddətdir ki, təmirdədir.

Həmin videogörüntüləri təqdim edirik:

 

Könül Cəfərli