AZ

Türkiyənin yeni rabitə peyki

Türkiyə yeni rabitə peykini orbitə çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacir bildirib.

Məlumata görə, Cənub-Şərqi Asiya bazarı üçün nəzərdə tutulan yeni Türk rabitə peyki “Türksat 6A” iyulun ikinci həftəsində orbitə buraxıla bilər.

Bildirilib ki, peykdə türk texnologiyasının payı 81 faizdir və kosmik gəmi 4,5 milyard insanın yaşadığı bölgədə fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, “Türksat 6A” Türkiyəyə müstəqil olaraq peyk istehsal edə bilən 11 ölkədən biri olmağa imkan verib.

“Türksat 6A, Türkiyənin peyk texnologiyasında həqiqətən irəli getdiyi bir layihə idi. Bu, indiyə qədər ölkəmizdə yaradılmış ən dəyərli texnoloji platforma olacaq”.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
bakivaxti.az

1Mənbələr