AZ

KOBİA İtaliya şirkətləri il birgə müəssisələrin yaradılmasına dəstək göstərməyə hazırdır

Bakı, 14 may, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq İtaliya şirkətləri il birgə müəssisələrin yaradılmasına dəstək göstərməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA katibliyinin sədr müavini Əmir Şirinbəyli Bakıda keçirilən “Azərbaycan və İtaliya - daha yaxşı qida istehsalı naminə” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, KOBİA İtaliya şirkətlərinə yerli tərəfdaşlıq barədə məlumatlarda kömək göstərə bilər.

“KOBİA mayın 15-də Bakıda keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“CaspianAgro 2024”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (“InterFood Azerbaijan 2024”) iştirak edəcək. Mən bütün İtaliya şirkətlərinin bu sərgidə iştirak etməyə dəvət edirəm”, - deyə Ə.Şirinbəyli qeyd edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azertag.az

1Mənbələr