AZ

Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi Matias Korman ilə görüşüb.

“Report” xəbər verir ki , bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Bu gün COP29-un prezidenti Muxtar Babayev qarşıdan gələn COP29-un məqsəd və imkanlarını müzakirə etmək üçün İƏİT-in Baş katibi Matias Korman ilə görüşüb. Həvəsləndirici görüşə və İƏİT-in "yaşıl maliyyələşdirmə" üzrə işi haqqında dəyərli məlumata görə təşəkkür edirik”, - paylaşımda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
11
report.az

10Mənbələr