AZ

Ceyhun Bayramov: Bu gün ATƏT-in nümayəndə heyəti ilə geniş spektrli məsələlər müzakirə olunub

Bu gün ATƏT-in nümayəndə heyəti ilə geniş spektrli məsələlər müzakirə olunub.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında deyib.

“Bu gün biz nümayəndə heyəti ilə geniş spektrli məsələləri müzakirə etdik. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, Maltanın ATƏT-də sədrliyi, bu təşkilatın üzləşdiyi çağırışlar, Azərbaycanın COP29-da sədrliyi, o cümlədən regiondakı vəziyyət və sülh prosesi müzakirə olunub", - o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
12
report.az

10Mənbələr