AZ

Farhan Haq İordan çayının qərb sahilində humanitar yardım karvanına edilən hücumu qiymətləndirdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal altındakı İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudilərin Qəzza zolağına gedən yardım maşınlarına etdiyi hücumun  "dəhşətli" olduğunu açıqlayıb.
BMT sözçünün müavini Farhan Haq qeyri-qanuni yəhudilərin İordan çayının qərb sahilində yardım karvanına etdiyi hücumla bağlı sualı cavablandırıb.
Humanitar yardım karvanlarına hücum edilməməsi lazım olduğunu qeyd edən Farhan Haq buna qəti şəkildə qarşı olduqlarını bildirib.
Farhan Haq  BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin yaydığı məlumata istinad edərək vurğulayıb ki,  Rəfahın şərqində, Qəzza şəhəri və Cibaliyədə şiddətli toqquşmalar və qurudan hücumlar davam edir.
Mülki vətəndaşların qorunmaması və humanitar yardım əməliyyatlarının həyata keçirilməməsindən ciddi narahat olduqlarını bildirən Farhan Haq, mülki vətəndaşların qorunmalı, ayrılmaq istəyən mülki şəxslərə təhlükəsiz alternativlər və kifayət qədər vaxt verilməli olduğunu söyləyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
22
trt.net.tr

10Mənbələr