İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 1110 nəfər fermerə mina təlimləri keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təlimlər Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müraciətinə əsasən Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təlimçiləri tərəfindən aparılıb.
Gəncə şəhərində 2 gün davam edən maarifləndirmə təlimlərində iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilir. Həmçinin, fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar verilir.