AZ

İvanişvili ABŞ dövlət katibinin müavini ilə görüşməkdən İMTİNA ETDİ

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili mayın 14-də Tbilisiyə səfər edəcək ABŞ dövlət katibinin müavini Ceyms O`Brayenlə görüşdən imtina edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“O`Brien-in Bidzina İvanişvili ilə görüşü ilə bağlı müraciət olub, o, bundan imtina edib”, Kobaxidze bildirib.

Eyni zamanda, o, ABŞ dövlət katibinin müavini ilə görüşdə ölkələr arasında birbaşa aviareyslərin yaradılması mövzusunun müzakirə olunacağına ümid etdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
veteninfo.az

7Mənbələr