AZ

"Paşinyan çevriliş əleyhinə mitinqlər təşkil edəcək" - Açıqlama

“Ermənistanda "Vətən uğrunda Tavuş" hərəkatı etiraz aksiyalarını davam etdirir. Erməni Qriqoryan kilsəsi etirazlara rəhbərlik edir. Kilsə Ermənistanda siyasi hakimiyyəti dəyişib, Robert Köçəryan klanını hakimiyyətə gətirməyi hədəfləyir. Ancaq keşiş Baqrat Qalatsyanın birbaşa rəhbərlik etdiyi aksiyaların hakimiyyəti devirmək potensiali yoxdur. ABŞ və Avropa Ermənistanda Paşinyanın devrilməsi yönündə cəhdlərə səssiz qala bilməz. Çünki belə olan təqdirdə Rusiya Cənubi Qafqazda yenidən mövqeyini gücləndirəcək”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistanda Qərb və Rusiyanın nüfuz savaşı gedir:

"Qərb Gürcüstanda müxalifəti, Ermənistanda hakimiyyəti dəstəkləyir. Geosiyasi rəqabət Cənubi Qafqazda həlledici mərhələyə daxil olub. Qərb prosesdə uduzarsa, Rusiya Gürcüstan və Ermənistanda möhkəmlənərsə, bunun Azərbaycan üçün də mənfi nəticələri olacaq. Ona görə də Gürcüstan və Ermənistanda Qərbin dəstəklədiyi siyasi hakimiyyətlərin olması maraqlarımıza uyğundur. Bu, regionda sabitləşdirici faktordur".

Politoloq bildirib ki, hazırda Ermənistanın baş nazir Nikol Paşinyan aksiyaçılara qarşı qəti təbdirlər görmür, lakin hakimiyyəti üçün problem yaranarsa, Yerevan və əyalətlərdə çevriliş əleyhinə izdihamlı mitinqlər təşkil edəcək:

"O, xalqın kilsəyə hücumlarını da reallaşdıracaq. Hazırda Ermənistanda kilsə siyasi müxalifət rolundadır və siyasi hakimiyyət uğrunda mübarizə aparır. Qərbin təlimatı ilə hərəkət edən Paşinyanın kilsə üzərində qələbə qazanacaq”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
bakupost.az

10Mənbələr