AZ

İngiltərədə işsizlik səviyyəsi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyada işsizlik səviyyəsi birinci rübdə 4,3 faizə qədər artıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) əmək bazarı ilə bağlı birinci rübə dair məlumatları dərc edib.

Məlumatlar göstərir ki, ölkədə işsizlik səviyyəsi yanvar-mart dövründə 4,3 faiz, məşğulluq isə 74,5 faiz təşkil edib. Bununla da işsizlik 2023-cü ilin may-iyul aylarından bəri ən yüksək həddə çatıb.

Britaniyada işçilərin bonuslar nəzərə alınmadan müntəzəm maaşlarında illik artım bu dövrdə 6 faiz, bonuslar da daxil olmaqla isə 5,7 faiz olaraq hesablanıb. İnflyasiyaya uyğunlaşdırılmış (real) müntəzəm və ümumi əmək haqqı müvafiq olaraq 2 və 1,7 faiz artıb.

ONS-in İqtisadi Statistika üzrə Direktoru Liz MakKeoun məlumatları şərh edərkən bildirib ki, ölkədə əmək bazarının soyumasına dair əlamətləri görməkdə davam edirlər. İşçilərin maaşlarında artımın yüksək olaraq qaldığını qeyd edən MakKeoun inflyasiyaya uyğunlaşdırılmış maaş artımının ötən 2 ilin ən yüksək səviyyədə olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
banco.az

1Mənbələr