AZ

4 ayda Azərbaycana səfər edən əcnəbi vətəndaşlarınsayında 40 faizə yaxın artım olub (FOTO)

Bakı. Trend:

Dövlət-özəl sektor arasında əməkdaşlığın inkişafı, sənayesubyektləri ilə əlaqələrin genişləndirilməsi, ölkənin turizmimkanlarının xarici bazarlarda tanıtımı, eləcə də turistcəlbediciliyinin və xidmət keyfiyyətinin artırırılması məsələlərimayın 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının “Yaymövsümünə hazırlıq” mövzusunda keçirilən IV Baş Assambleyasındamüzakirə olunub.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Dövlət TurizmAgentliyinin Aparatının rəhbəri Kənan Qasımov turizmin müxtəlifsahələrini birləşdirən ixtisaslaşmış ictimai birliklərin vəbütövlükdə sənayenin təşkilatlanmasının dövlət-bizneztərəfdaşlığının inkişafında, sənaye ilə effektiv və çevikəlaqələrin qurulmasında mühüm rol oynadığını qeyd edib.

O, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm AgentlikləriAssosiasiyasına, eyni zamanda turizm sahəsində fəaliyyət göstərənbu kimi birliklərin fəaliyyətinə daim dəstək verdiyini, həmçininAgentliyin turizmin tənzimlənməsi, biznes və investisiya mühitininyaxşılaşdırılması, turizm məhsullarının yaradılması, marketinq vətanıtım kimi bir sıra mühüm istiqamətlərdə sənaye ilə əməkdaşlığıngenişlənməsində əlaqələrin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm AgentlikləriAssosiasiyasının son iki ildə gördüyü işlər və nailiyyətlərhaqqında videoçarx nümayiş olunub.

Assambleyada çıxış edən ATAA-nın İdarə Heyətinin sədri GöydənizQəhrəmanov öz ətrafında 170 turizm şirkətini birləşdirən AzərbaycanTurizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyətinin ölkəturizminin tərəqqisi, üzvlərin hüquqlarının qorunması vəfəaliyyətlərinə dəstək göstərilməsi, Azərbaycanı xarici ölkələrdəcəlbedici turizm destinasiyası olaraq tanıdılması, eləcə də ölkəyəturist axınının artırılması üzərində qurulduğunu qeyd edib. O sonillər ərzində ATAA-nın ölkə turizminin bərpası və inkişafıistiqamətində müxtəlif dövlət qurumları və təşkilatlarla,aviadaşıyıcılarla, beynəlxalq tərəfdaşlarla 300-ə yaxın görüşkeçirdiyini, ikitərəfli və çoxtərəfli müzakirələrin aparıldığınıdiqqətə çatdırıb.

Çıxışı zamanı dövlət-özəl sektorun birgə fəaliyyətininvacibliyinə toxunan Göydəniz Qəhrəmanov bu istiqamətdə əməkdaşlıqimkanlarının artırılmasının, digər sənaye subyektləri ilə dəqarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkənin turizmsənayesinin sürətli inkişafına təkan verəcəyini bildirib.

Assambleyada Assosiasiyasının nizamnaməsinə əsasən quruma yeniİdarə Heyəti sədrinin və İdarə Heyəti üzvlərinin seçkisikeçirilib.

Seçkinin yekun nəticəsi olaraq növbəti dövr üçün hazırkı İdarəHeyətinin sədri və İdarə Heyəti üzvləri yenidən seçilib .

Tədbir çərçivəsində yay mövsümünə hazırlıq və turistcəlbediciliyinin artırılması imkanları, turizmdə mövsümiliyinaradan qaldırılması, gəlmə və daxili turizminin inkişafı, getməturizmdə yeni istiqamətlər, turoperatorlarla turizm şirkətləriarasında işbirliyi və bir sıra digər məsələlərə dair panelmüzakirələri təşkil edilib, sənayeni maraqlandıran suallarcavablandırılıb və təkliflər dinlənilib.

Panel müzakirələrdə cari ilin ilk 4 ayının statistikasına əsasənölkəyə səfər edən əcnəbi vətəndaşların sayında 40 faizə yaxınartımın olduğu qeyd edilib. Eləcə də qarşıdan yay turizm mövsümününgəlməsi və növbəti aylarda ölkədə irimiqyaslı beynəlxalqtədbirlərin keçirilməsi kimi amillər nəzərə alınaraq ilin sonunakimi müsbət dinamikanın müşahidə ediləcəyi, pandemiya səbəbindənturizmdə yaşanan böhrandan sonra 2024-cü ilin ən uğurlu il olacağıpraqnozlaşdırılıb.

4
4
4
4
4
4
4
4
4
4
4
4
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
az.trend.az

1Mənbələr