AZ

Valyuta hərracında dollara böyük tələb - BANKLAR 107 MİLYON ALDILAR

14 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 107,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Mərkəzi Bank qeyd edib ki, tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Xatırladaq ki, 07 May 2024-cü il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

02 may 2024-cü il tarixində keçirilmiş hərracda isə tələb 73,5 milyon ABŞ dolları təşkil etmişdi.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
4
marja.az

10Mənbələr