AZ

Azərbaycan badmintonçusu: Tokiodan fərqli olaraq, “Paris-2024”də daha irəli getmək istəyirəm

Azərbaycan

Bakı, 14 may, AZƏRTAC

"Keişa Fatimə Zəhra ilə birlikdə Azərbaycanı "Paris-2024" Yay Olimpiya Oyunlarında təmsil etmək qürurverici olacaq".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə danışarkən deyib.

O, Parisdə keçiriləcək mötəbər yarışa ciddi hazırlaşacağını bildirib: "Hər gün məşqlərimiz olacaq. Ümid edirəm ki, toplanışdan maksimum yararlanacağam. Tokiodakı Olimpidadan fərqli olaraq, “Paris-2024”də daha irəli getmək istəyirəm. Bunun üçün özümü qorumalı və xəstəliklərdən uzaq olmalıyam”.

Badmintonçunun sözlərinə görə, nüfuzlu yarışda rəqibin kimliyinin onun üçün heç bir fərqi olmayacaq: “Püşkatma barədə düşünmürəm. Hər kəslə qarşılaşmağa hazır olmalıyam. Yaxşı hazırlaşıb, fürsətlərdən maksimum yararlanmağa çalışacağam”.

26 yaşlı idmançı Azərbaycanın Olimpiadada ilk dəfə iki badmintonçu ilə təmsil olunmasının gənclərə əlavə stimul verəcəyini vurğulayıb: “Bu, çox yaxşı oldu. Ümid edirəm ki, qərar Azərbaycan Badminton Federasiyasının işinə də yaxşı təsir göstərəcək”.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
azertag.az

1Mənbələr