AZ

Dövlət nömrə nişanlarını gizlətməyə görə yeni cəza – 1 il 6 ay müddətinə...

Rusiya höküməti avtomobilinin nömrəsini gizlədən sürücülərə qarşı cəzaları sərtləşdirə bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat xarici mediada yayılıb.

Belə ki, Rusiya Federasiyası cəzanı sərtləşdirə bilər. Bu qanunu pozanlar dövlət nömrə nişanının müəyyən edilməsinə mane olan qurğular müsadirə edilməklə 1 ildən 1 il 6 ayadək sürücülük vəsiqələrindən məhrum edilməsi təklif edilir. Oxşar tədbirlər dövlət nömrə nişanı olmayan avtomobili dəfələrlə idarə edənlərə qarşı da tətbiq oluna bilər.

Qeyd edək ki, hal-hazırda sürücü tərəfindən dövlət qeydiyyat nişanlarının müəyyən edilməsinə mane olan, onların dəyişdirilməsinə və ya gizlədilməsinə imkan verən cihazlardan istifadəyə görə 5 min rubla qədər cərimə, həmçinin bir aydan üç ayadək müddətə sürücülük hüququndan məhrumetmə nəzərdə tutulur.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
avtosfer.az

1Mənbələr