AZ

DSMF aylığı 52 min manata ofis icarələyir

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial üçün ofis icarəyə götürür.

İqtisadiyyat.az xəbər verir ki, ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) minimum 3000 m2 civarında olan ofis sahəsi ZONA-3 ərazisində yerləşməlidir.

Tam təmirli iş otaqları, hər mərtəbədə avadanlıqla tam təmin olunmuş sanitar qovşaqları, lifti, daimi işıqlandırma, telefon və internet xətti, rahat giriş-çıxışı olmalıdır.

DSMF ofisin icarəsinin 1 890 359,58 manata başa gələcəyini ehtimal edir.

Qiymət minimum 3000 m2 civarında sahəyə görə 36 ay müddət üçün nəzərdə tutulur.

Bu da aylıq təxminən, 52 500 manatdan çox icarə haqqı deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
iqtisadiyyat.az

2Mənbələr