AZ

Üzüm şərabı və araq istehsalı azalıb, pivə istehsalı artıb

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 216,8 min dkl üzüm şərabı istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 min dkl və ya 9,7 faiz azdır. 2023-cü ilin eyni dövründə Azərbaycanda 240 min dkl üzüm şərabı istehsal olunub.

Bundan başqa, hesabat dövründə 292,3 min dkl araq, 942 min dkl pivə istehsal olunub ki, bu da, illik müqayisədə müvafiq olaraq 36,7 min dkl (11,2%) az, 140,3 min dkl (13,5%) çoxdur. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 329 min dkl araq, 801,7 min dkl pivə istehsal olunub.

Qeyd edək ki, 2024-cü ilin aprelin biri vəziyyətinə görə üzüm şərabı üçün 808,1 min dkl, araq üçün 166,6 min dkl, pivə üçün 183 min dkl hazır məhsul ehtiyatı var.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
valyuta.az

1Mənbələr