AZ

İlham mənbəyi Kreml olan qanun Gürcüstanın Qərbə inteqrasiya istəkləri ilə "bir araya sığmır"

Bazar ertəsi Birləşmiş Ştatlar bir daha Gürcüstan hökumətini Qərbə inteqrasiya yolunu davam etdirməyə çağırıb, ilham mənbəyi Kreml olan "xarici təsir" haqqında qanunun əks istiqamətə apardığı haqqında xəbərdarlıq edib. 

"Biz Gürcüstan hökumətini Aİ-yə inteqrasiya yolunu davam etdirməyə çağırırıq", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bildirib.

"Bu qanun onların öz istəklərinə uyğun deyil, Kremldə və ya başqa bir yerdə gördüyümüz repressiv qanunvericiliyə uyğundur", deyə o, qeyd edib.

Gürcü xalqının 80%-dən çoxu Aİ-yə üzv olmaq istəyir. 

"Gürcüstan hökuməti Aİ-yə qoşulmaq və transatlantik alyansla, NATO ilə əlaqə qurmaq istədiyini bildirib, lakin bu qanunvericilik bu məqsədlərlə bir araya sığmır".

Dövlət Departamentinin nümayəndəsi həmçinin bazar ertəsi Tbilisidə etirazlar zamanı iki amerikalının saxlanıldığı haqqında məlumatları təsdiq edib.

"Hər dəfə xaricdə ABŞ vətəndaşı saxlanıldıqda biz bütün zəruri yardımı göstərməyə hazırıq. Lakin, məxfilik nöqteyi-nəzərdən bu haqda danışa bilmirəm", deyə Patel bildirib.

Ötən həftə sonu minlərlə etirazçı hakim "Gürcü arzusu" partiyasından olan deputatların binaya daxil olmasına mane olmaq ümidi ilə parlamentin binası qarşısında gecə nümayişini davam etdirib. Deputatlar binaya daxil olmağa müvəffəq olub və bir neçə dəqiqə sonra parlament komitəsi qanunu təsdiq edib.

Qanun layihəsinin bu gün plenar iclasda təsdiq ediləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
turan.az

1Mənbələr