AZ

“Oğluma deyirəm ki, “pulunu xərclə, qənaət eləmə”

“Əgər kişi ağıllıdırsa, deməli o güclüdür. Gücü onun ağlındadır. O, mütləq gedib ağıllı qadın alacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Elgizlə izlə” verilişində deyib.

Sənətçi övladından da söz salıb:

“Çox qənaət etmək lazım deyil. Məni anam ikinci dəfə dünyaya gətirməyəcək. Mən oğluma da deyirəm ki, “sənin 27 yaşın var. Sən dünyaya gəldiyin günü heç vaxt qaytara bilməyəcəksən. Ən qiymətlisi zamandır. Gününü yaşa. Sabah məlum deyil. Ürəyin nə istəyir, onu elə. Qənaət eləmə. 5 manat pulun varsa, xərclə, ürəyin istəyəni al, ye”. Pul xərcləndikcə üstünə gəlir. Elə ki sıxıb, saxladın, gəlmir. Ruzi diyanır”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
bakivaxti.az

1Mənbələr