AZ

Tanınmış aktrisa 84 yaşında vəfat etdi - FOTO

Türkiyəli kino və teatr aktrisası Ayten Gökçer 84 yaşında vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi sabah günorta İstanbuldakı Zincirlikuyu məzarlığında dəfn ediləcək. Mrəhum həyat yoldaşı Cüneyt Gökçerin yanında torpağa tapşırılacaq.

Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Nuri Ersoy aktrisanın vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

"Kino və teatrımızın dühalarından olsn Ayten Gökçerin vəfatını kədərlə öyrəndim. Sənəti ilə dərin izlər qoyan dəyərli sənətkarımıza Allah rəhmət eləsin, yaxınlarına və bütün sənət ictimaiyyətinə başsağlığı verirəm. Qəbri nurla dolsun" - deyə, nazir paylaşımında qeyd edib.

Xatırladaq ki, əsl adı Ayten Kaçmaz olan Ayten Gökçer 26 yanvar 1940-cı ildə Ankarada anadan olub.

Karyerasına 1965-ci ildə "Taçsız kral" filmi ilə başlayan Gökçer daha sonra teatra daha çox əhəmiyyət verdi.

Gökçer 1999-cu ildə "Yılan Hikayesi" adlı ekran işi ilə artıq seriallarda çəkilməyə başladı. 1964-cü ildə teatr aktyoru Cüneyt Gökçer ilə evlənən Ayten Gökçerin Aslı Gökçer Oba adlı bir qızı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
baku.ws

2Mənbələr